“Xocalı soyqırımının unudulmasına imkan verməyəcəyik”.
Oxu.Az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “X” sosial şəbəkəsindəki hesabında Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar yazıb.
“Bitməyən ağrı Xocalı Soyqırımı, unutmadıq, unutmayacağıq, unudulmasına imkan verməyəcəyik”, - səfir qeyd edib.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin 32-ci ildönümüdür.
Dinmeyen acı #HocalıKatliamı
— Cahit Bağcı (@cahitbagci) February 25, 2024
Unutmadık
Unutmayacak
Unutturmayacağız#Khojaly #Hocalı #Xocalı #JusticeforKhojaly https://t.co/INy9nsJT2B pic.twitter.com/76Ok6KGCae