Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) iki idarə rəisi vəzifələrindən azad edilib.
Modern.az xəbər verir ki, nazirliyin Baş İdarəsinin rəisi Qaya Məmmədov və Linqvistik Təminat İdarəsinin rəisi Rizvan Nəbiyev deputat seçildikləri üçün vəzifələrindən azad olunublar.
Qeyd edək ki, Qaya Məmmədov 31 saylı Suraxanı ikinci seçki dairəsindən, Rizvan Nəbiyev isə 49 saylı Abşerom ikinci seçki dairəsindən deputat seçiliblər.
Azərbaycanın Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkili, diplomatik missiyanın rəhbəri Zaur Şükürov da geri çağırılıb. O, 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsindən mandat qazanıb.
Məlumatı Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə saytımıza açıqlamasında təsdiqləyib. O, müvafiq vəzifələrə kimlərin təyin olunduğu ilə bağlı sualımıza belə cavab verib: "Daxili təyinatlar barədə mətbuata məlumat verilmir".