Astara rayonunun Rudəkəran kəndində vəhşi heyvan kəndə hücum edib.
APA-nın verdiyi məlumata görə, heyvan kənd sakini, 48 yaşlı Gündüz Abdullayevin həyətinə girib. Vəhşi heyvan itin səsinə evdən çıxan Gündüzün üzərinə atılıb.
Müxtəlif xəsarətlər alan Gündüz Abdullayev heyvana müqavimət göstərə bilib. Yalnız həyat yoldaşı bıçaqla köməyə gəldikdən sonra heyvan ev yiyəsini buraxaraq qaçıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan kənd sakini qonşuların köməyi ilə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona quduzluq əleyhinə vaksin vurulub.
Gündüz Abdullayevə hansı heyvanın hücum etdiyi məlum deyil.
Rəylər