Astara rayonunun Ojakəran kəndinin bir hissəsində qazın olmaması yaşayış məntəqəsinin ən böyük problemi sayılır.
Təbii qazın olmaması kənddə həyat şəraitini çətinləşdirir, xüsusilə də qış aylarında...
Maraqlı məqam isə ondan ibarətdir ki, kəndin digər hissəsi 14 il əvvəl tam qazlaşdırılıb.
Kəndin bu hissəsində yaşayan təxminən 150 ailə qaz əvəzinə odun, kömür və elektrik enerjisindən istifadə etməyə məcbur qalır ki, bu da əlavə xərc və çətinliklər yaradır. Əslində isə ötürücü ana qaz xətti elə bu yaşayış məntəqəsinin bir addımlığından keçir.
Bəs problem nə zaman həllini tapacaq?
Məsələ ilə əlaqədar "Azəriqaz" İstehsalat Birliyinin (İB) sözçüsü Eldəniz Vəliyev Bizim.media-ya açıqlamasında bildirib ki, ölkə ərazisində qazlaşma prosesi "Azəriqaz" İB-nin öz resursları, daxili imkanları hesabına həyata keçirilir. Bu səbəbdən işlər mərhələli şəkildə icra olunur. Növbəti mərhələlərdə bu kəndin də qazlaşdırılması prosesi reallaşacaq.
Daha ətraflı videoreportajda:
Astara rayonunun Ojakəran kəndinin bir hissəsində qazın olmaması yaşayış məntəqəsinin ən böyük problemi sayılır.
Rəylər