Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar bu gün bir sıra ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
"Report"un məlumatına görə, sözügedən ərazilərə saat 10:00-dan saat 12:00-dək Biləsuvarın Əmənkənd qəsəbəsi, Səmədabad kəndi, Cəlilabadın Ocaqlı, Ağdaş, Axtaxana, Soyuqbulaq, Masallının Şatıroba, Ətcələr, Səmidxanlı kəndləri aiddir.
Həmçinin Lənkəranın Havzova, Girdəni kəndləri, Yardımlının Horavar kəndi və rayonun bir hissəsi, Lerikin Biləvər, Kələxan, Monidigah, Gürdəsər kəndləri, Astaranın Ərçivan, Təngərud, Giləkəran kəndləri, Kijəbə qəsəbəsində də elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Rəylər