Rusiya Azərbaycan və Gürcüstandan fövqəladə vəziyyətlər zamanı ümumilikdə 600 MVt həcmində elektrik enerjisi idxal etmək üçün sorğu göndərib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu "İnter RAO"nun idarə heyətinin üzvü Aleksandra Panina Ümumrusiya Tarif Konfransı çərçivəsində jurnalistlərə bildirib.
"Bəli, biz iki ölkəndən soruşduq: Azərbaycan və Gürcüstana tədarük imkanı ilə bağlı sorğu göndərdik. Biz idxal imkanını nəzərdən keçiririk və fövqəladə vəziyyətlərdə iki qonşu enerji sisteminin imkanlarını araşdırırıq. Əgər fövqəladə vəziyyət yaranarsa, o zaman biz sistem operatorunun xahişi ilə iki enerji sisteminə - Gürcüstan və Azərbaycana müraciət etmək istərdik ki, bizə hər biri 300 MVt enerji təmin etməyə hazır olsunlar", - Panina qeyd edib.
Onun sözlərinə görə, şirkət Gürcüstan və Azərbaycandan hələ də cavab almayıb.