Azərbaycan Ordusunun itkin düşərək həlak olan əsgəri Ordubadda dəfn edilib.
Oxu.Az xəbər verir ki, iyunun 9-da naməlum şəraitdə itkin düşərək həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Ceyhun Tofiq oğlu Hüseynov bu gün Gənzə kənd qəbirstanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları, rayon və kənd sakinləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ceyhun Tofiq oğlu Hüseynovun ölməsi faktı əsasında Naxçıvan Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Naxçıvan Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
"Oğlum Ceyhun Hüseynovun tərxis olunmasına 20 gün qalmışdı. Hərbi xidməti bitirib, evə gələcəkdi".
Bu sözləri globalinfo.az-a açıqlamasında Naxçıvanda Günnüt yaşayış məntəqəsi istiqamətində itkin düşən hərbçimizin atası Tofiq Hüseynov deyib.
O, oğlunun ali təhsilli olduğunu bildirib:
"Ceyhun 16 noyabr 1999-cu ildə Bakı şəhərində anadan olmuşdu. Özümüz əslən Ordubad rayonundanıq. Oğlum o qədər savadlı idi ki, orta məktəbi qızıl medalla başa vurmuşdu. ADA Universitetində təhsil aldıqdan sonra Təl-Əvivdə magistratura təhsilini bitirdi".
Tofiq Hüseynov qardaşının da şəhid olduğunu deyib:
"Ceyhun adını daşıdığı əmisi Ceyhun Tahir oğlu Hüseynov 1994-cü ildə Talış kəndi uğrunda döyüşərkən şəhid olub".
Onun Ordubad rayonunun Gənzə kəndində dəfn olunacağı bildirilib.
İyunun 9-da naməlum şəraitdə itkin düşən, bu gün isə nəşi tapılan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Ceyhun Tofiq oğlu Hüseynovun fotoları yayılıb.
Oxu.Az həmin fotoları təqdim edir:
İyunun 9-da naməlum şəraitdə itkin düşən Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Ceyhun Tofiq oğlu Hüseynovun bu gün Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində nəşi aşkar edilib.
Bizim.Media naməlum şəraitdə nəşi tapılan hərbi qulluqçu ilə bağlı bəzi təfərrüatı əldə edib.
Məlumata görə, əslən Ordubaddan olan Ceyhun Hüseynov Azərbaycan Diplomatik Akademiyasının (ADA) tələbəsi olub. Universitetə yüksək balla daxil olub və qırmızı diplomla bitirib. O, magistratura təhsilini Çində alıb.
Qeyd edək ki, fakt üzrə Naxçıvan Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Şahidlər dindirilib və müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilib. Eyni zamanda təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.