"Abşeron rayonu Saray qəsəbəsi ərazisində əks yola çıxaraq hərəkət iştirakçılarına təhlükə yaradan nəqliyyat vasitəsinin sürücüsünün kimliyi müəyyən olunub".
Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.
O qeyd edib ki, hadisə Saray qəsəbəsi, Novruz Aslanov küçəsində qeydə alınıb.
"Sumqayıt şəhər sakini, 77-PZ-658 dövlət qeydiyyat nişanlı "Khazar" markalı avtomobilin sürücüsü İsaq Elman oğlu Əliyev müvafiq nişanlanma xətlərinin tələbini pozaraq idarə etdiyi nəqliyyat vasitəsini, tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək hərəkət etdiyinə görə, barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılıb. Sürücü İnzibati Xətalar Məcəlləsinin 327.4-cü-ci maddəsinə əsasən 150 manat, 4 bal məbləğində cərimə olunub. O, yaşadığı evə yaxın ərazidə qayda pozduğunu etiraf edib və etdiyi hərəkətdən peşman olduğunu bildirib", - deyə idarə rəsmisi bildirilib.
M. Ağayev eyni zamanda sürücülərə də müraciət ünvanlayıb və qeyd edib ki, bir daha sürücülərdən xahiş edirik ki, bu cür kobud qayda pozuntularına yol verib həm özlərinin, həm də başqalarının həyatını təhlükəyə atmasınlar.
"Saray qəsəbəsində qarşı yola keçərək təhlükəli vəziyyət yaradan sürücü axtarılır".
Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.
"Videogörüntüdən xəbərdarıq. Sürücünün müəyyən edilib inzibati məsuliyyətə cəlb edilməsi üçün tərəfimizdən tədbirlər görülür", - deyə idarə rəsmisi bildirib.
Abşeron rayonu, Saray qəsəbəsində qarşı yola keçən sürücü təhlükəli vəziyyət yaradıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Görüntüdən məlum olur ki, qəfildən qarşıdan gələn nəqliyyat vasitələrinin yoluna çıxan "AzSamand" markalı nəqliyyat vasitəsinin sürücüsü həm özünün, həm də başqalarının həyatını riskə atıb.
Əzizə İsmayılova
Rəylər