Sabah Mingəçevir şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılacaq.
"Report"un məlumatına görə, 35/6 kilovoltluq "Karxana" yarımstansiyasından çıxan 6 kilovoltluq 18 saylı elektrik hava xəttinə təhlükə törədən ağac budaqlarının budanması məqsədilə sabah saat 10:00-dan 13:00-dək şəhərin 20 Yanvar, M.Maqomayev və digər küçələrdə elektrik enerjisinin verilişində fasilə olacaq.
Aidiyyəti idarədən bildirilib ki, işlər başa çatdıqdan sonra elektrik enerjisinin verilməsi bərpa olunacaq.
Rəylər