Kənardan istismarı bitdiyi üçün tərk edilən qəzalı binaya bənzəsə də, bu ikimərtəbəli evlərdə yaşayanlar var.
Xezerxeber.az xəbər verir ki, paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin Əli Kərim, 48 ünvanında yerləşən bu iki binada xeyli ailə yaşayır.
Sakinlər deyirlər ki, ötən əsrin 50-ci illərində inşa edilən 2 mərtəbəli binalar taxtadan tikildiyi üçün divarları belə çürüyüb.
Sakinlərin əksəriyyəti binanın bu vəziyyətinə görə başqa ünvanlarda kirayə mənzildə yaşayırlar.
Sözügedən məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, Əli Kərim küçəsi, 46 və 48 ünvanlarında yerləşən bu iki yaşayış binası 1955-ci ildə inşa olunub.
Həmin tikililərin qəzalı vəziyyətdə olması barədə Fövqəladə Hallar Nazirliyinin müvafiq aktı yoxdur. Buna baxmayaraq, hər iki binanın texniki göstəriciləri haqqında məlumatlar Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti başçısının "Bakı şəhərində qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının inventarizasiya edilməsi və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi" haqqında 25 aprel 2022-ci il tarixli Sərəncamına əsasən aidiyyəti üzrə göndərilib.
Ətraflı videoda:
Sabunçuda hər anı təhlükə olan binada ailələr qorxaraq yaşayırlar: "Divarları çürüyüb"
Rəylər