ABŞ insan haqlarının pozulmasında iştirak etdiyi iddia edilən dörd Gürcüstan vətəndaşına qarşı sanksiyalar tətbiq edib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Sənəddən məlum olur ki, sanksiya siyahısına Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə departamentinin rəhbəri Zviad Xarazişvili, onun müavinlərindən biri və "ciddi insan hüquqları pozuntularında iştirak etdiyi iddia edilən iki məmur" daxildir.
Bundan əlavə, bəyanatda qeyd olunduğu kimi, Birləşmiş Ştatlar yüksəkvəzifəli məmurlar, sahibkarlar, hüquq-mühafizə orqanlarının əməkdaşları və qanunvericilər daxil olmaqla, 60-dan çox Gürcüstan vətəndaşı və onların ailə üzvləri üçün viza məhdudiyyətləri tətbiq edir.
Sanksiya siyahısına daxil edilmək ABŞ-dəki aktivlərin dondurulması və ABŞ vətəndaşları və şirkətlərinin bu işdə iştirak edənlərlə iş aparmasının qadağan edilməsi deməkdir.
Rəylər