Türkiyənin paytaxtı Ankarada TUSAŞ-ın istehsal obyektində baş verən terror aktı nəticəsində ölənlərin sayı beşə çatıb, 22 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikaya "TRT Haber" telekanalının efirində bildirib.
"Terror aktı nəticəsində ölənlərin sayı beşə çatıb, yaralananların ümumi sayı 22 nəfərdir, onlardan üçü xəstəxanadan buraxılıb", - nazir bildirib.
İlkin məlumatlara görə, hücumu ölkədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) üzvləri həyata keçiriblər.
Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 4 nəfərin öldüyünü, 14 nəfərin yaralandığını deyib.
Oxu.Az bildirir ki, Türkiyə lideri bunu Kazanda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.
Eyni zamanda, hadisə yerinə Jandarma Xüsusi Əməliyyat Dəstəsi göndərilib.
Oxu.Az həmin görüntüləri təqdim edir:
Son dakika: Jandarma Özel Harekat timi TUSAŞ'a intikal etti#tusaş #JÖH #SOndakika #terör https://t.co/EtIuQEZZO1 pic.twitter.com/vxgjyHiGbV
— Türk Dünyası Haberleri (@oxuazturkce) October 23, 2024
Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilən terror aktı nəticəsində üç nəfər həlak olub, 14 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya özünün "X" hesabında məlumat verib.
"Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfalar diləyirəm. Bu mənfur hücumu qınayıram", - DİN rəhbəri yazıb.
O qeyd edib ki, son terrorçu zərərsizləşdirilənə qədər terroristlərlə mübarizə əzm və qətiyyətlə davam edəcək.
YENİ BİLGİ-1
— Ali Yerlikaya (@AliYerlikaya) October 23, 2024
Türk Havacılık ve Uzay Sanayii AŞ. (TUSAŞ) Ankara Kahramankazan tesislerine yönelik terör saldırısında 2 terörist etkisiz hale getirilmiştir.
Saldırıda maalesef 3 şehidimiz, 14 yaralımız var.
Şehitlerimize Allah’tan rahmet; yaralılarımıza acil şifalar diliyorum.…
Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) hücum həyata keçirən üç terrorçudan ikisi zərərsizləşdirilib.
Oxu.Az "Sabah"a istinadən xəbər verir ki, digər terrorçunun zərərsizləşdirilməsi istiqamətində polis xüsusi təyinatlıları əməliyyatı davam etdirir.
Türkiyə Baş Prokurorluğu terror aktı ilə bağlı araşdırmalara başlayıb.
Ankarada, TUSAŞ-ın ("Türk Aviasiya və Kosmik Sənayesi" ASC) obyektlərində ikinci partlayış olub.
Oxu.Az bildirir ki, bu barədə "İhlas" Xəbər Agentliyi məlumat yayıb.
Həmçinin, bir neçə şəxsin girov götürüldüyü barədə məlumatlar var.
Ankarada TUSAŞ-ın ("Türk Aviasiya və Kosmik Sənayesi" ASC) obyektlərində törədilən terrorda, ilkin məlumata görə, iki nəfər həlak olub.
Oxu.Az bildirir ki, bu barədə "CNN Türk" xəbər yayıb.
İşte TUSAŞ'a saldıran teröristler! #TUSAŞ #patlama #Ankara#TUSAŞ #Ankara #Terörsaldırısıpic.twitter.com/M4AwONOOJs
— Türk Dünyası Haberleri (@oxuazturkce) October 23, 2024
#TUSAŞ'a saldıran teröristin nizamiyeye giriş anı. Teröristlerin YPG bünyesinde eğitildikleri varsayılıyor. pic.twitter.com/xdiXgzJiwt
— Türk Dünyası Haberleri (@oxuazturkce) October 23, 2024
TUSAŞ-ın ("Türk Aviasiya və Kosmik Sənayesi" ASC) Ankaranın Kahramankazan rayonundakı obyektlərində partlayış və silah səsləri eşidilib.
Oxu.Az bu barədə "Haber Global"a istinadən xəbər verir.
TUSAŞ-ın giriş qapısında baş verən partlayışdan sonra silah səsləri eşidilib. Təhlükəsizlik səbəbindən personalın sığınacaqlara yönləndirildiyi bildirilib.
Qeyd edək ki, hadisə yerinə təhlükəsizlik qüvvələri, yanğınsöndürənlər və tibbi briqadalar göndərilib.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya isə "X" hesabında məlumat paylaşaraq, hadisəni terror adlandırıb, ölənlərin və yaralıların olduğunu bildirib.
Türk Havacılık ve Uzay Sanayii AŞ. (TUSAŞ) Ankara Kahramankazan tesislerine yönelik terör saldırısı gerçekleştirilmiştir.
— Ali Yerlikaya (@AliYerlikaya) October 23, 2024
Saldırı sonrası maalesef şehit ve yaralılarımız bulunmaktadır.
Şehitlerimize Allah’tan rahmet; yaralılarımıza acil şifalar diliyorum.
Gelişmelerden kamuoyu…
Rəylər