Oktyabrın 23-də Ankarada törədilən terror aktından sonra ümumilikdə 213 silahlı məhv edilib.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonra bildirib.
"Oktyabrın 23-də Ankarada törədilən terror aktından sonra Türkiyə ordusu tərəfindən İraqın şimalında və Suriyada 470-dən çox PKK hədəfi vurulub, bu ana qədər 213 terrorçu məhv edilib", - Türkiyə lideri bəyan edib.
Rəylər