Böyük Britaniya Kralı III Çarlzın Avstraliyaya səfəri qalmaqalla başlayıb. Belə ki, monarxın federal parlamentdəki çıxışı zamanı Yaşıllar Partiyasından olan senator Linda Torp demarş edərək krala və kraliçaya qarşı təhqiramiz sözlər deyib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "The Australian" nəşri xəbər yayıb.
Bildirilib ki, III Çarlzın salamlama nitqindən sonra senator Torp Avstraliya torpağını yerli sakinlərə qaytarmağı tələb edib.
"Siz bizim kralımız deyilsiniz, siz burada xoş qarşılanmırsınız! Torpağımızı bizə qaytarın, bizdən oğurladığınız hər şeyi qaytarın", - deyə o, etiraz səsini ucaldıb.
Kral senatorun qışqırıqlarına reaksiya verməyib və Avstraliyanın Baş naziri Entoni Albaneze ilə söhbətini davam etdirib.
Linda Torpun özünü isə parlament iclasları zalından çıxarıblar.
Avstraliya senatorundan ölkədə səfərdə olan III Çarlza etiraz: "Siz bizim kralımız deyilsiniz"
Rəylər