Türkiyənin azərbaycanlı astronavtı Tuva Cihangir Atasevər kosmosda missiyasını başa vurub.
Onun Yer ətrafında uçuşu bir saat iyirmi dəqiqə davam edib.
Missiya zamanı T.C.Atasever üzərində Azərbaycan və Türkiyə bayraqları olan forma geyinib.
Qeyd edək ki, Atasevər Alper Gezeravcıdan sonra Türkiyənin kosmosa uçan ikinci astronavtı olub.
Mənbə: Anadolu
Türkiyənin azərbaycanlı astronavtı Tuva Cihangir Atasever ABŞ-nin "Spaceport" (Nyu-Meksiko ştatı) kosmodromundan kosmosa uçub.
Oxu.Az xəbər verir ki, uçuş zamanı o, Türkiyə və Azərbaycan bayraqları işlənmiş forma geyinib.
Tuva Cihangir Atasever və missiyanın digər üzvləri "Qəhrəman yürüşü" edərək kosmik təyyarəyə doğru yollanıblar.
Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin 100 illiyində Türkiyə Kosmik Agentliyi və TUBİTAK-ın seçimi əsasında 2 astronavt kosmosa uçuş haqqı qazanıb. Türkiyənin ilk astronavtları Alper Gezeravcı və Tuva Cihangir Atasever 36 min namizədin arasından seçilib.
Alper Gezeravcı bu il yanvarın 18-də Beynəlxalq Kosmik Stansiyaya uçub.
Türkiyənin azərbaycanlı astronavtı Tuva Cihangirin kosmosa uçacağı ana sayılı saatlar qalır.
AZƏRTAC-ın Nyu-Meksikoya ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, missiya zamanı o, üzərində Türkiyə və Azərbaycan bayraqları işlənmiş forma geyinib.
Həmçinin, astronavt uçuş missiyasına əlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "TEKNOFEST" festivalı çərçivəsində ona təqdim etdiyi Türkiyə bayrağı və Azərbaycan bayrağı ilə başlayıb. Tuva Cihangir Atasever və missiyanın digər üzvləri, onları yola salan doğmaları və media nümayəndələrinin qarşısında "Qəhrəman yürüşü" edərək kosmik təyyarəyə doğru yollanıblar.
Mənbə: Haber Global