Türkiyənin Batman vilayətində tragikomik hadisə yaşanıb.
Bu barədə Oxu.Az NTV.com.tr-yə istinadən xəbər verir.
Məlumata görə, 2 yaşlı Eslem Eren adlı balaca uşaq evinin mətbəxində oynadığı zaman "fitçalan qazan"ın içinə girib və orada ilişib qalaraq çıxa bilməyib.
Uşağın ağlamasını eşidən anası mətbəxə gəlib və onu özü xilas etmək istəyib, lakin buna nail ola bilməyib.
Bu zaman Türkiyənin "112" Təcili Zəng Mərkəzindən kömək istəyib. Evə gələn xilasetmə qrupları hidravlik kəsici alət və kəlbətin vasitəsilə uşağı ilişdiyi yerdən çıxarıblar.
Eslemin səhhətinin yaxşı olduğu bildirilib.
Rəylər