Türkiyənin Batma vilayətinin Kozluk rayonunda onlarla balasını kürəyində daşıyan hörümçək görüntülənib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Batmanda sakinlərdən biri tərəfindən lentə alınan canlının təbiətdə rast gəlinən "Sarı Ömər" tipli hörümçək olduğu məlum olub.
Dünyada səhra bölgələrində, Türkiyədə Şərqi və Cənub-Şərqi Anadoluda yaşayan "Sarı Ömər" hörümçəyinin zəhəri ilə insanı öldürmək gücünə malik olduğu qeyd edilir.
Hörümçəyin fotosunu çəkən sakin daha sonra onu təbiətə - təbii yaşayış mühitinə buraxıb.
Rəylər