İsrailin Beyruta davam edən hücumları fonunda bölgədə olan "CNN Türk" komandasına canlı yayım zamanı naməlum şəxslər tərəfindən müdaxilə edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Yeni Akit" qəzeti məlumat yayıb.
Hadisə nəticəsində telekanalın müxbiri Fulya Öztürk yayımı yarımçıq dayandırmaq məcburiyyətində qalıb.
Qeyd olunur ki, canlı yayım zamanı Fulya Öztürkün yanına yaxınlaşan bir və ya bir neçə şəxs onun yayım aparmasına mane olub. Müxbir həmin anlarda "Pardon, pardon, pardon" deyərək yayımı kəsmək məcburiyyətində qalıb. Bu gərgin anlar sosial mediada geniş müzakirələrə səbəb olub.
İsrailin Beyruta davam edən hücumları fonunda bölgədə olan "CNN Türk" komandasına canlı yayım zamanı naməlum şəxslər tərəfindən müdaxilə edilib.
Rəylər