Ötən ilin noyabrından çirkli pulların yuyulması və vergidən yayınma cinayətlərinə görə həbsdə olan məşhur türkiyəli fenomen Dilan Polat bir neçə gün əvvəl azadlığa buraxılıb.
Polat həbsdən çıxdığı gün sosial media hesabında 500 min yeni izləyici qazanaraq gündəmdə qalmağa davam edib və film şirkətlərinin diqqətini cəlb edib.
Bu barədə Oxu.Az "Ekol Haber" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, Polatın həyat hekayəsini səhnələşdirmək uğrunda film istehsalı şirkətləri fenomenin "arxasınca düşüb".
İddialara görə, bir çox uğurlu film və serial layihələrinə imza atan istehsal şirkətləri Dilan Polatın yaşadıqlarını böyük ekranlara çıxarmaq üçün bir-biri ilə yarışırlar.
Dilan Polatın bu təklifləri qəbul edib-etməyəcəyi isə maraqla gözlənilir.
Rəylər