Ötən ay azadlığa çıxan türkiyəli fenomen Dilan Polatın həyat yoldaşı Engin Polat da həbsdən buraxılıb.
Oxu.Az-ın birgün.net-ə istinadən verdiyi məlumata görə, bu barədə Anadolu 2-ci İnstansiya Cəza Məhkəməsinin qərarından aydın olub.
Bildirilir ki, sənədə əsasən türkiyəli bloqerin həyat yoldaşı ilə yanaşı daha üç nəfər - Sezgin Polat, Alper Kürşat Polat və mühasib Ahmet Gün barədə azadlığa buraxılma qərarı verilib.
Sosial şəbəkələrdə həyat yoldaşının buraxılma xəbərini eşidən Dilan Polatın sevincli reaksiyası ilə bağlı görüntülər paylaşılıb.
Xatırladaq ki, Türkiyədə 2023-cü ilin noyabrından başlayaraq altı şəhərdə keçirilən əməliyyatlarda Dilan Polat və həyat yoldaşı Engin Polatın da aralarında olduğu 24 şübhəli şəxs saxlanılıb. Onlar "Cinayət törətmək məqsədilə təşkilat yaratmaq və idarə etmək", "Cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərinin yuyulması", "Futbol və digər idman yarışlarında mərc və şans oyunlarının təşkili haqqında qanunun pozulması" maddələri ilə ittiham olunurlar. Prokuror bu cinayətlərə görə, onların 40 il azadlıqdan məhrum edilməsini istəyib. Ancaq avqustun 19-da Dilan Polat azadlığa buraxılıb.
Rəylər