"TikTok" fenomeni olan və "Özümə layiqli bəy tapa bilmirəm", - deyərək özü-özü ilə evlənən Kübra Aykut intihar edib.
Bu barədə Oxu.Az Sondakika.com-a istinadən xəbər verir.
Məlumata görə, Kübra Aykut ölümündən əvvəl evindən paylaşım edərək şikayət edib, hər gün çəki itirdiyini, 44 kiloya qədər arıqladığı üçün halsız və iştahasız olduğunu bildirib, evini təmizləmək üçün dostlarından kömək istəyib. Paylaşımdan saatlar sonra isə İstanbulun Sultanbəyli rayonunda yaşadığı lüks binanın beşinci mərtəbəsindən özünü atıb.
Hadisə yerinə çox sayda polis, araşdırma və sağlamlıq qrupları cəlb ediliblər. Kübra Aykutun həyatını itirdiyi müəyyən edilib.
Onun intihar etməzdən əvvəl bir vida məktubu qoyub getdiyi məlum olub.
"Öz istəyimlə atıldım. Çünki artıq yaşamaq istəmirəm. Fıstığa yaxşı baxın. Həyatımdakı hər kəsə çox yaxşı təsir göstərdim. Amma özümə yaxşı təsir edə bilmədim. Yaxşı bir insan kimi yaşamaq mənə heç bir şey qazandırmadı. Bu həyatda eqoist olun. O zaman xoşbəxt olacaqsınız. Günlərdir can çəkişirdim, heç kim görmədi. Özümü çox sevən mən elə özümü düşündüyüm üçün də gedirəm. Üzr istəyirəm. Necə təəccübləndirdim amma sizi yenə?", - deyə fenomen məktubda yazıb.
Kübra Aykutun meyiti özəl xəstəxananın morquna aparılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Həmçinin onun Dilan-Engin Polat cütlüyünün vəkili Enes Çetinkaya ilə sevgili olduğu da ortaya çıxıb. Ölmədən əvvəl izləyicilərinin "Sevgi sənə yaramadı" mesajlarına cavab verən fenomen özünü yaxşı hiss etməməsinin səbəbinin sevgilisi olmadığını deyib.
"Başınız xarab olub? Hamınız səbəbi bununla əlaqələndirə bilməzsiniz. Sizə bir sirr açım? Enes mənim həyatımda yeni deyil. Uzun müddətdir həyatımdadır, sadəcə siz bilmirdiniz. Mən 1 aydır beləyəm", - deyə o, qeyd edib.
Hadisədən xəbər tutan Kübranın yaxın rəfiqəsi Dilan Polat və əri Engin Polat meyitin aparıldığı xəstəxanaya gəliblər və polis qruplarından məsələ ilə bağlı məlumat alıblar.
Dilan Polatın yaxın rəfiqəsi olan "TikTok" fenomeni məktub yazaraq intihar etdi
Dilan Polatın yaxın rəfiqəsi olan "TikTok" fenomeni məktub yazaraq intihar etdi
Dilan Polatın yaxın rəfiqəsi olan "TikTok" fenomeni məktub yazaraq intihar etdi
Rəylər