ABŞ Dövlət Departamenti ABŞ-də seçkiyə təsir göstərməyə çalışan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəsi olan üç iranlı haqqında məlumat üçün 10 milyon dollar (17 milyon manat) mükafat elan edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller yazılı açıqlamasında bildirib.
"Dövlət Departamenti digər dövlət qurumları ilə birlikdə İranın 2024-cü il ABŞ seçkisinə təsir etmək məqsədi daşıyan əməliyyatlarına, eləcə də 2020-ci ildən əvvəlki əməliyyatlara koordinasiyalı cavab verir", - diplomat bildirib.
Miller vurğulayıb ki, ABŞ Maliyyə Nazirliyi seçkiyə iddia edilən müdaxilə ilə əlaqədar 7 İran vətəndaşına qarşı sanksiya tətbiq edib.
"İran rejimi ABŞ-də qarşıdan gələn seçkinin nəticələrinə getdikcə daha çox təsir göstərməyə çalışır, çünki onların ABŞ-nin İrana qarşı xarici siyasətinə təsir edəcəyinə inanır", - diplomat iddia edib.
Öz növbəsində, ABŞ Ədliyyə Nazirliyi üç iranlını Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın seçki qərargahına haker hücumunda ittiham edib.
Rəylər