Ödənişləri "Telegram"da həyata keçirilən "Toncoin" kriptovalyutası mesencerin təsisçisi Pavel Durovun Fransada saxlanılmasından sonra 19%-dən çox ucuzlaşıb.
Oxu.Az xəbər verir ki, bunu "Binance" platformasının məlumatları sübut edir.
Avqustun 24-də Bakı vaxtı ilə saat 00:20-yə kimi olan məlumata görə, Durov saxlanılmazdan əvvəl "TON" məzənnəsi 6 dollar olub. Avqustun 26-da Bakı vaxtı ilə saat 16:04-ə olan məlumata görə isə, kriptovalyuta 5 dollar olub. Beləliklə, Durovun həbsindən sonra kriptovalyuta 20% ucuzlaşıb.
Qeyd edək ki, "The Open Network" (TON) ilk olaraq 2018-ci ildə "Telegram" mesencerinin qurucuları olan Durov qardaşları tərəfindən hazırlanmış üçüncü nəsil "Proof-of-Stake" blokçeynidir. Daha sonra o layihəni dəstəkləyən və inkişaf etdirən "TON" açıq icmasına verilib.
Rəylər