Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya Prezidenti Bəşər Əsəd arasında Moskvada planlaşdırıldığı iddia edilən görüşlə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.
Oxu.Az xəbər verir ki, bu barədə "ANKA" nəşrinə Türkiyə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli nümayəndəsi məlumat verib.
"Prezidentimizin Moskvada Suriya Prezidenti Əsədlə görüş keçirəcəyi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil", - deyə o qeyd edib.
22:24
Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında 2011-ci ildən bəri ilk görüş Moskvada baş tuta bilər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, İraqın Baş naziri Məhəmməd əl-Sudani də görüşə dəvət oluna bilər.
İran tərəfi isə çox güman ki, dəvət edilməyəcək.
Türkiyə rəsmiləri hələlik bu məlumatı şərh etməyiblər.
Rəylər