Ermənistanın Kotayk vilayətinin Eqvard şəhəri yaxınlığında "An-2" təyyarəsi qəzaya uğrayıb.
Bu barədə Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir.
Ermənistan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, qəza nəticəsində iki nəfər həlak olub.
Hadisə yerinə əməliyyat qrupu göndərilib və hazırda qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işlər aparılır.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyanın bildirdiyinə görə, qəzaya uğrayan "An-2" təyyarəsi təlim təyyarəsi olub və Ermənistan Müdafiə Nazirliyinin balansında olub.
"Qəzaya uğrayan təyyarənin təlim təyyarəsi olduğunu təsdiq edirəm. Müdafiə Nazirliyi həlak olan pilotların ailə üzvlərinə, yaxınlarına və həmkarlarına başsağlığı verir", - deyə o qeyd edib.
Rəylər