İnternetdə Haiti prezidenti Jovenel Moizin şəxsi iqamətgahında güllənərək öldürülməsini əks etdirən görüntülər yayımlanıb.
Kadrlarda silahlı şəxslərin iqamətgahın ərazisində gəzdiyi və atəş açdığı görünür.
Videoda silahlı şəxslərin yaxınlığında yerdə insan cəsədi də görünür.
Həmçinin, yayılan son məlumata əsasən, hücum nəticəsində ağır yaralanan Haiti prezidentinin həyat yoldaşı Martine Moiz də xəstəxanada vəfat edib.
İnternetdə Haiti prezidenti Jovenel Moizin şəxsi iqamətgahında güllənərək öldürülməsini əks etdirən görüntülər yayımlanıb.Kadrlarda silahlı şəxslərin iqamətgahı...
15:36
Haiti Prezidenti Jovenel Moiz ölümcül yaralanıb.
“Gazette Haiti” bu barədə Baş nazir Klod Jozefə istinadən məlumat yayıb.
Qeyd olunur ki, dövlət başçısının iqamətgahına hücum gecə saatlarında baş verib.
Hücum edənlər İspan dilində danışıblar. Hadisə nəticəsində Haiti Prezidentinin öldüyü, həyat yoldaşının isə xəsarət aldığı bildirilir.
Rəylər