İranlı casus "Hizbullah"ın mərhum lideri Həsən Nəsrullahın öldürüldüyü Beyrutun cənub ətraflarında olması barədə İsrailə məlumat verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti Livanın təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
"İsraillilər əllərindən gələni etdilər, onlar hədəflərini əldən buraxmaq istəmirdilər" , - qəzet mənbəsindən sitat gətirib.
Qeyd edək ki, sentyabrın 28-də İsrail Müdafiə Ordusu Nəsrullahın Beyrutun cənub ətrafına endirdiyi hava zərbəsi nəticəsində öldürüldüyünü bildirib. Zərbə cümə günü "Hizbullah" rəhbərliyinin görüşü zamanı baş verib. Hərəkat liderinin ölümünü təsdiqləyib və İsraillə qarşıdurmanı davam etdirəcəyinə söz verib.
Xatırladaq ki, Həsən Nəsrullah 32 il "Hizbullah"a rəhbərlik edib. Onun sələfi Abbas Musəvi 1992-ci ildə Livanın cənubunda İsrail hava qüvvələrinin avtomobilinə hücumu nəticəsində həlak olub.
Rəylər