İran keçən həftənin sonundan bəri raket qurğularının yerdəyişməsini həyata keçirib və hərbi təlimlərə başlayıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Wall Street Journal" qəzeti ABŞ rəsmilərinə istinadən xəbər yayıb.
Bildirilir ki, bu, keçən həftə Tehranda HƏMAS lideri İsmayıl Haniyənin və Beyrutda "Hizbullah" rəsmisi Fuad Şükürün öldürülməsinə cavab olaraq İsrailə qarşı gözlənilən hücumdan öncə baş verir.
Qəzetin məlumatına görə, ABŞ Prezidenti Co Baydenin administrasiyası İranın İsrailə qarşı mümkün hücumunun qarşısını almağa çalışır, lakin bu dəfə hücumun "Hizbullah" və digər İran müttəfiqləri tərəfindən zərbələrlə müşayiət olunacağından ehtiyat edilir.
ABŞ-nin yüksəkrütbəli rəsmiləri Tehranı regionda müharibəni gərginləşdirməməyə çağırıblar.
Qəzet əlavə edib ki, Bayden administrasiyası gərginliyi azaltmağa çalışır, eyni zamanda "F-22" qırıcıları və aviadaşıyıcı gəmi qrupunu regiona göndərməklə hər ehtimala qarşı hazırlaşır.
Öz növbəsində "Reuters" agentliyi amerikalı rəsmiyə istinadən bildirib ki, milli təhlükəsizlik komandası bazar ertəsi keçirilən görüşdə Baydenə və vitse-prezident Kamala Harrisə İran və "Hizbullah"ın İsrailə nə vaxt hücum edəcəyinin və bunun hansı formada baş verəcəyini öyrənə bilmədiklərini deyib.
Rəylər