İranın Avstriyadakı səfiri sosial media hesabında paylaşımına görə bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
Məlumata görə, İranın Avstriyadakı səfiri üzərində "Hizbullah qalibdir" mənasını verən Quran ayəsinin yazıldığı Hizbullah bayrağının təsvirini paylaşıb.
"Səfirin paylaşımında "Hizbullah" bayrağının istifadə edilməsini qətiyyətlə pisləyirik", - deyə Avstriya XİN İran səfirini çağıraraq bildirib.
Rəylər