Ermənistanın paytaxtında İranın xaricdəki ilk və ən böyük ticarət mərkəzinin açılışı olub.
Oxu.Az-ın Ermənistan mediasına istinadla verdiyi məlumata görə, qırmızı lenti İranın Ermənistanda səfiri Mehdi Sobhani və Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan kəsib.
Bundan əvvəl xəbər verilmişdi ki, ticarət mərkəzinin açılış mərasiminə İranın sənaye, mədən və ticarət naziri, həmçinin sahibkarlar və ən böyük sənaye mərkəzlərinin rəhbərləri gələcəklər.
O da vurğulanır ki, İranın İnkişaf və Ticarət Təşkilatının dəstəyi ilə yaradılan ticarət mərkəzinin sahəsi 18 min kvadratmetrdən çoxdur.
Ermənistanın paytaxtında İranın xaricdəki ilk və ən böyük ticarət mərkəzinin açılışı olub.
Rəylər