İsrail Hərbi Hava Qüvvələri (HHQ) yaxın saatlarda Beyrut ərazisi də daxil olmaqla bütün Livan ərazisinə yeni zərbələr endirəcək.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Daniel Haqari brifinqdə məlumat verib.
"Yaxın saatlarda Beyrutdakı Dahiya da daxil olmaqla, Livan daxilində "Hizbullah" hədəflərinə hücumları davam etdirəcəyik", - o bildirib.
Rəylər