Türkiyənin İstanbul şəhərində sevgilisi İkbal Uzuneri altı hissəyə ayırıb başını kəsərək Edirnekapı qala divarlarından atan, digər sevgilisi Ayşenur Halili isə evində boğazını kəsərək öldürən, sonra da intihar edən Semih Çelik adlı şəxslə bağlı hadisələr gündəmdə qalmağa davam edir.
Sosial media hesablarında vəhşicəsinə qətlə yetirilən İkbal Uzuner və Ayşenur Halili təhqir edən, qatil Semih Çeliyi isə tərifləyən universitet tələbəsi Emre Seyidoğlu İstanbulda ələ keçirilərək saxlanılıb.
Bu barədə Oxu.Az DHA-ya istinadən xəbər verir.
Məlumata görə, İstanbul Polis İdarəsi qrupları Fatih rayonunda baş verən qadın qətli ilə bağlı sosial media paylaşımlarına dair araşdırmaya başlayıb. Nəticədə, İstanbul Universitetinin tələbəsi Emre Seyidoğlunun paylaşımlarında İkbal Uzuner və Ayşenur Halili təhqir etdiyi, qatil Semih Çelikə isə təriflər yağdırdığı müəyyən edilib.
Digər sosial şəbəkə istifadəçiləri də paylaşımlarında Emre Seyidoğlunun eyni fakültədə təhsil alan qız tələbələrə sataşdığını iddia ediblər. Bundan sonra polis şübhəlinin ünvanına basqın edib və Seyidoğlu saxlanılıb.
O, polis bölməsində aparılan proseduralardan sonra "İctimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək və ya təhqir etmək, cinayəti və cinayətkarı tərifləmək, şəxsin dincliyini və əmin-amanlığını pozmaq" ittihamları ilə məhkəmə orqanları tərəfindən həbs edilib.

Rəylər