İtaliyanın "Eccentrica Cars" şirkəti "Lamborghini Diablo" idman avtomobilini "canlandırmaq" planlarını açıqlayıb.
Oxu.Az championat.ru-ya istinadən xəbər verir ki, avtomobilin 19 nüsxə tirajla buraxılacağı təsdiqlənib. Onlardan hər birinin dəyəri 1,47 milyon dollar olacaq.
"Diablo" tamamilə yenidən işlənmiş sükan, eləcə də müasir sürücüyə yardım sistemləri alacaq. Eyni zamanda, avtomobillər birinci nəsildə quraşdırılmış eyni 5,7 litrlik V12 mühərriki ilə təchiz ediləcək. Lakin aqreqatın gücü 492 at gücündən 550 at gücünə qədər artırılacaq.
"Diablo Eccentrica"nın maksimal sürəti 335 km/saat olacaq.
Qeyd edək ki, "Lamborghini Diablo" ilk dəfə 1990-cı ildə təqdim edilib və markanın 320 km/saatdan çox sürətə çata bilən ilk avtomobili olub. "Diablo" 2001-ci ilə qədər istehsal edilib, sonradan "Lamborghini Murciélago" ilə əvəz olunub.
Rəylər