Litva İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan edən ilk Avropa İttifaqı (Aİ) ölkəsi oldu.
Oxu.Az "Delfi" portalına istinadən xəbər verir ki, Litva Seyminin bu qərarını jurnalistlərə parlamentin Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Emanuelis Zingeris açıqlayıb.
"Aİ-də bu təşkilatın terrorçu xarakteri ilə bağlı bəyanat verən ilk biz olduq. İndi Daxili İşlər Nazirliyi SEPAH üzvlərinin Litva sərhədini keçməməsini təmin etməlidir", - o bildirib.
Rəylər