İnformasiya texnologiyaları departamentinin direktorunun naməlum şəxslər tərəfindən qaçırılması ilə əlaqədar Liviya Mərkəzi Bankı fəaliyyətini dayandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda bildirilib.
Mərkəzi Bankdan qeyd edilib ki, departamentin direktoru Musab Müsəllim avqustun 18-də səhər saatlarında evindən oğurlanıb.
Bununla yanaşı, Mərkəzi Bankın bir sıra digər yüksəkvəzifəli şəxslərinin də adam oğurluğu ilə hədələndiyi vurğulanıb.
Mərkəzi Bank bütün departamentlərinin fəaliyyətini dayandırdığını və Musab Müsəllim azad edilənə qədər işə başlamayacaqlarını bəyan edib.
Rəylər