"ABŞ Ukrayna və Belarusun hesabına Rusiya Federasiyası və Çinlə problemi həll etmək istəyir".
Oxu.Az Belta agentliyinə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
"Amerikalılar Ukraynanı münaqişəyə sövq etdilər. Onlar Rusiya ilə problemi bizim hesabımıza həll etməli, sonra Çinlə məşğul olmalıdırlar. Əgər məsələni bizimlə, Rusiya və Çinlə, İranla həll etməsələr, onlar zəngin olmayacaq, öz valyutalarını çap edə bilməyəcəklər, yenisi peyda olacaq" , - deyə Lukaşenko respublikada yaşayan müxtəlif millətlərin nümayəndələri ilə görüşündə bildirib.
Lukaşenko geosiyasi vəziyyətdən danışaraq qeyd edib ki, Qərbdə hakimiyyət dəyişsə, Ukrayna məsələsi unudula bilər.
"ABŞ Ukrayna və Belarusun hesabına Rusiya Federasiyası və Çinlə problemi həll etmək istəyir".
Rəylər