Belarusda hakimiyyəti ələ keçirmək işi üzrə məhkum edilmiş şəxs Yuri Zenkoviç Prezident Aleksandr Lukaşenkoya qarşı qəsdin şok təfərrüatlarını açıqlayıb.
Oxu.Az bu barədə rg.ru-ya istinadən xəbər yayır.
Məlumata görə, çevrilişin layihəsi astronomik məbləğ - 10 milyon dollar qiymətləndirilib.
Zenkoviç bildirib ki, qəsdçilər İsrail, ABŞ və Ukraynada maliyyələşmə axtarıblar. Onlar sponsorlarla dövlət müəssisələrinin özəlləşdirilməsi və xaricilərə verilməsi yolu ilə hesablaşmağı planlaşdırıblar. Bu cür soyuqqanlı yanaşma üsyançıların əsl niyyətlərini - Belarusun milli sərvətlərini satmağı nümayiş etdirir.
Ən şok təfərrüat Prezident Lukaşenkonun fiziki məhv edilməsi planlarına aiddir. Qəsdçilər dövlət başçısının Minskdəki iqamətgahlarını mühasirəyə almağı və imkan olduqda onun vertolyotunu iriçaplı pulemyotdan və ya kortejini qumbaraatandan atəşə tutmağı nəzərdə tutublar. Girov götürmək də istisna edilməyib.
Xatırladaq ki, Belarus məhkəməsi Zenkoviçi və qəsdin digər iştirakçılarını müxtəlif müddətlərə azadlıqdan məhrum edib.
Rəylər