Rusiya paytaxtında avtomobil üzərinə qoyulmuş əldəqayırma parlayıcı qurğu partlayıb. Hadisə nəticəsində üç nəfər, o cümlədən azyaşlı xəsarət alıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "112" "Telegram" kanalı xəbər verib.
Bildirilir ki, iki kişi uşaqla birlikdə binadan çıxaraq avtomobillərinə doğru gediblər. Kapotun üstündə, ön şüşənin yanında qəribə bir torba olub. Bu zaman həmin torbadakı partlayıcı qurğu işə düşüb.
Partlayışdan sonra hər üç şəxs xəstəxanaya yerləşdirilib.
Hadisə yerində müstəntiqlər işləyirlər. Partlayışın təfərrüatı araşdırılır.
Moskvada maşında əldəqayırma bomba partladı: Yaralılar arasında uşaq var
Rəylər