Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Nadir "Ferrari" avtomobili hərraca çıxarılır
1990-cı il istehsalı olan "Ferrari 348 Zagato Elaborazione" iyunun 8-də Monakoda keçiriləcək "L"Astarossa" hərracda satışa çıxarılacaq.
Ümumilikdə, bu avtomobillərdən yalnız 10 ədəd istehsal edilib.
Təqdim olunan nümunənin gözlənilən dəyəri 350-400 min avro təşkil edir.
Qeyd edək ki, avtomobilin əsas versiyasında (348 TB) kapotun altında 300 at gücünə malik 3,4 litrlik atmosferli V8 mühərriki quraşdırılıb. Başlanğıcda şirkət bu avtomobillərdən 22-ni istehsal etməyi nəzərdə tutsa da, sonda seriya 10 nüsxə ilə məhdudlaşdırılıb.
Mənbə: championat.com
"Ferrari" teqi üzrə xəbərlər
- "Formula-1"in keçmiş rəhbəri yarış avtomobilləri kolleksiyasını satır
- Yeni "Ferrari" sınaqdan keçirilib
- "Formula-1" üzrə Braziliya Qran-prisində sprint yarışın təsnifat mərhələsinin qalibi bəlli oldu
- "Formula-1" üzrə Meksika Qran-prisində "Ferrari"nin pilotu qalib gəlib
- "Formula-1" üzrə ABŞ Qran-prisinin qalibi müəyyənləşib
Ən çox oxunanlar