Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
NATO baş katibi Ukraynanın alyansa dəvət edilməsi ilə bağlı: "Bütün müttəfiqlər həmfikirdirlər"
"NATO Ukraynanı alyansa dəvət etməyi deyil, yalnız Kiyevi silahla təmin etməyi müzakirə edir".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri NATO-nun baş katibi Mark Rütte blok ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək görüşü ərəfəsində mətbuat konfransında deyib.
O, alyans ölkələrinin xarici işlər nazirlərinin Kiyevi üzvlüyə dəvət etmək niyyətində olub-olmaları ilə bağlı jurnalistlərin sualını cavablandırıb.
"Biz bu iki gün də daxil olmaqla, hazırda ehtiyac duyulan şeyə diqqətimizi cəmləməliyik: Ukraynaya hərbi yardımın çatdırılması. Bu, onlar üçün son dərəcə vacibdir", - deyə Rütte bildirib.
O bir daha vurğulayıb ki, bütün müttəfiqlər Ukraynanın gələcəyinin NATO-da olduğu fikri ilə razıdırlar.
"Vaşinqtonda keçirilən sammitdə müttəfiqlər razılaşdılar ki, Ukraynanın gələcəyi NATO-dadır, həmçinin, Ukraynanın NATO-ya gedən yolu dönməzdir", - deyə o xatırladıb.
Rütte əlavə edib ki, alyans Kiyevi üzvlüyə yaxınlaşdırmağa çalışır.
"Bu, addım-addım baş verir", - deyə o qeyd edib.
Xatırladaq ki, Ukrayna hakimiyyəti Kiyevin yaxın gələcəkdə NATO-ya üzv olmaq arzusunu dəfələrlə bəyan edib.
"Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO)" teqi üzrə xəbərlər
- Rusiyanın "Oreşnik"i NATO-nu narahat edib: Müzakirələr başlayır
- Estoniyada Rusiya sərhədləri yaxınlığında NATO-nun əsas təlimləri başlayır
- Zelenski Rusiya ilə münaqişəni dayandırmağa hazırdır - ŞƏRT
- İlon Mask: "NATO üçüncü dünya müharibəsini təhrik edə bilər"
- Müharibəyə söz ola bilməz, ancaq pulunu kim ödəyəcək?
Rəylər