Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Rusiyanın "Oreşnik"i NATO-nu narahat edib: Müzakirələr başlayır
NATO XİN rəhbərləri Brüsseldə bu ilin son görüşündə Rusiyanın "Oreşnik" ortamənzilli ballistik raketindən istifadəsini, bunun Ukrayna münaqişəsinə, Kiyevə silah tədarükünə və Avro-Atlantik təhlükəsizliyinə təsirlərini müzakirə edəcəklər.
Oxu.Az-ın məlumatına görə, bu barədə TASS Brüsseldəki diplomatik mənbəyə istinadla xəbər verib.
"Nazirlər, şübhəsiz ki, Rusiyanın yeni ortamənzilli ballistik raketdən istifadəsini həm Ukraynaya dəstək və ona HHM vasitələrinin tədarükü baxımından, həm də alyans ölkələrinin təhlükəsizliyinə təhdidlər kontekstində müzakirə edəcəklər", - deyə o bildirib.
NATO-nun mənzil-qərargahı bu barədə heç bir rəsmi şərh verməyib.
Qeyd olunub ki, NATO xarici işlər nazirlərinin hazırkı görüşü onilliklərdə ilk dəfə olaraq əvvəlcədən elan edilmiş gündəlik olmadan keçiriləcək. Ən azı son 20 il ərzində NATO-da baş katib və ya alyansın yüksəkvəzifəli məmurlarının görüşdən 1-2 gün əvvəl qarşıdan gələn görüşün məzmunu barədə ətraflı brifinq verməsi ənənəsi diqqətlə qorunub. Bu görüş NATO-nun baş katibi vəzifəsində Mark Rüttenin ilk görüşüdür və brifinq ilk dəfə olaraq görüşün başlamasına 2 saat qalmış keçiriləcək. Alyans bunun nə ilə bağlı olduğunu şərh etməyib.
Hələlik alyans rəsmi olaraq yalnız iş sessiyalarının siyahısını açıqlayıb. Brüsseldə Şimali Atlantika Şurasının, Ukrayna-NATO Şurasının iclasları, həmçinin nazirlərin İordaniya Kralı II Abdullahla görüşü keçiriləcək. Buradan belə çıxır ki, NATO-nun Avropa və dünyada əməliyyat və missiyaları, alyansın hərbi xərcləri, Ukraynaya dəstək və Yaxın Şərqdəki vəziyyət müzakirə olunacaq. Böyük ehtimalla "Oreşnik" zərbəsi əvvəlcə Ukrayna-NATO Şurasının iclasında, sonra isə dekabrın 4-də Şimali Atlantika Şurasının ayrıca iclasında müzakirə ediləcək.
Bu görüş ABŞ Dövlət katibi Antoni Blinken üçün sonuncu olacaq.
"Oreşnik ortamənzilli raket sistemi" teqi üzrə xəbərlər
- Putin Rusiyanın ən yeni hipersəsli raket kompleksindən danışdı
- Valentina Matviyenko: "Rusiyanın supersilahı var"
- "Oreşnik" raket sistemindən hücum Avropaya nə qədər zərər vura bilər? - Medvedev danışdı
- Hərbi xronika: Ermənistanın bollivud silahları
- Putin "Oreşnik" sisteminin seriyalı istehsalını elan edib