Norveç hökuməti Rusiya ilə sərhəddə hasar çəkməyi düşünür.
Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Emili Mel bildirib.
Finlandiya oxşar qərara gəldikdən sonra Norveç hakimiyyəti də hasar çəkmək istəyir.
"Bu, istər bütün sərhəd, istərsə də onun bəzi hissələri üçün aktual ola biləcək bir tədbirdir", - deyə siyasətçi aydınlaşdırıb.
Mel izah edib ki, sərhəd çəpəri təkcə çəkindirmə məqsədilə deyil, həm də hasarların üzərində insanları aşkar etmək üçün istifadə edilə bilən sensorlar var.
Norveçin Rusiya ilə sərhədi təxminən 200 kilometrdir. Sərhəd üzərində yalnız bir keçid məntəqəsi var - Murmansk vilayətindəki Borisoqlebsk (Norveç tərəfində - Storskoq).
Rusiyanın Finlandiya ilə sərhədində də hasarlanma işləri davam edir.
Rəylər