Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə səfərdə olan İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arefi qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Sputnik" məlumat yayıb.
Məlumata görə, Aref İranın Ermənistanla çoxqütbəli əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib.
Paşinyan, öz növbəsində, Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının gedişi barədə danışıb, həmçinin regional kommunikasiyaların açılmasına yönəlmiş "Sülh kəsişməsi" layihəsi haqqında məlumat verib.
Qeyd olunur ki, görüşdə ikitərəfli ticari-iqtisadi əlaqələr, enerji, infrastruktur, yol tikintisi və turizm sahələrində əməkdaşlıq məsələləri də müzakirə edilib.
Rəylər