Məşhur aktyor Robert De Niro Donald Trampın cəzalandırılacağına sevinib.
Aktyor ABŞ-nin keçmiş prezidenti Donald Trampın gizli pulları ilə bağlı işində bütün 34 maddə üzrə təqsirli bilinməsindən məmnundur.
"Mən həmişə çox ehtiyatlıyam. Hər şey olması lazım olduğu kimidir. Ədalət bərqərar oldu. Bu qədər", - deyə aktyor qeyd edib.
80 yaşlı De Niro "Tramp 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkisində qalib gələ biləcəkmi?" sualına da cavab verib.
"Mənim üçün hələ heç nə bitməyib, hələlik bitməyib", - aktyor bildirib.
Qeyd edək ki, Nyu-York məhkəməsinin andçıları ölkənin keçmiş prezidenti Donald Trampı porno aktrisaya ödənişlə bağlı biznes sənədlərini saxtalaşdırmaqda təqsirli biliblər.
Keçmiş dövlət başçısı 34 maddənin hamısı üzrə təqsirli bilinib.
Mənbə: PageSix