Rusiyanın Rostov vilayətində Ukraynanın PUA zərbəsindən sonra neft anbarında baş verən yanğın beşinci gündür davam edir.
Bu gün neft bazasında növbəti partlayış səsi eşidilib.
Bu barədə Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir.
Məlumata görə, neft bazasında daha bir çən partlayıb. Bununla bağlı sosial şəbəkələrdə videogörüntülər paylaşılır.
"Bu gün səhər saatlarında Proletarskda daha bir neft çəni partlayıb. Əvvəlcə biri partladı. Alov bir-birinin ardınca neft çənlərini sıradan çıxarır. Yüksək temperatur səbəbindən yanğının qarşısını almaq mümkün deyil", - deyə yerli "Telegram" kanallarında müvafiq videolarla bağlı bildirilir.
Xatırladaq ki, avqustun 18-də Rostov vilayətindəki "Qafqaz" neft bazası Ukrayna Müdafiə Qüvvələrinə məxsus pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Nəticədə neft bazasında ondan çox çən yanıb.
Rusiyanın Rostov vilayətində Ukraynanın PUA zərbəsindən sonra neft anbarında baş verən yanğın beşinci gündür davam edir.
Rəylər