Rusiyanın Samara vilayətində iki yaşlı qız təcavüz edilərək öldürülüb. Cinayətdə uşağın ailəsinin dostu şübhəli bilinir.
Bu barədə Oxu.Az Rusiya mətbuatına istinadən bildirir.
Faciə avqustun 11-də Çapayevsk şəhərində baş verib. İlkin versiyaya görə, uşağın anası onu nənəsinin yanına aparıb və işə gedib.
Mira adlı qızcığaz evin həyətində nənəsinin nəzarəti altında olub. Qızın qohumlarının sözlərinə görə, həmin vaxt qonşu Sergey həyətə girib, lakin qadın spirtli içki qoxusu gəldiyi üçün onu qovub. Nənənin diqqəti yayınan kimi Sergey geri qayıdıb və uşağı oğurlayıb, yaxınlıqdakı tərk edilmiş evə aparıb, döyüb, təcavüz edib və oradaca qoyaraq çıxıb.
Nənə uşağı axtarmağa başlayanda təcavüzkar qonşu da ona kömək edib. Ölən uşağın yaxınlarının dediyinə görə, qızcığaz evinin darvazasına qədər gedib çıxa bilib, bu vaxt Sergey onu qucağına alaraq nənəsinin yanına gətirib. Hər kəs təcili yardımı gözləyərkən o qaçıb.
Körpə yerli xəstəxanaya aparılıb, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər, qızcığaz aldığı çoxsaylı xəsarətlərdən dünyasını dəyişib.
Özünü körpənin xalası kimi təqdim edən qadının sözlərinə görə, şübhəli kişi uşağın qollarını, ayaqlarını və büzdüm sümüyünü sındırıb, təcavüz edib, daxili orqanlarını zədələyib və başını əzib.
Saxlanılan şəxs, KİV-in yazdığına görə, əvvəllər bir neçə dəfə məhkum olunub. Həmçinin, yerli sakinlər onun psixiatriya xəstəxanasında qeydiyyatda olduğunu iddia edirlər.
Sergey çox keçmədən saxlanılıb. Uşağın yaxınları onun törətdiyi cinayəti etiraf etdiyini iddia edirlər.
Faktla bağlı "Zorlama" və "Başqa cinayəti gizlətmək məqsədilə adam öldürmə" maddələri ilə cinayət işi açılıb.
Rəylər