Yeni Zelandiyadan Avstraliyaya uçan "Virgin Australia" təyyarəsi Kvinstaunda məcburi eniş edib.
Məlumata görə, havaya qalxdıqdan dərhal sonra problem yaranıb, təyyarə İnverkargill hava limanına yönləndirilib və orada təhlükəsiz eniş edib.
Kvinstaun sakinləri səmada "Boeing-737"nin yandığını gördüklərini və güclü səs-küy eşitdiklərini bildiriblər.
Aviaşirkət təyyarənin quşla toqquşduğunu ehtimal edir. Qeyd olunur ki, quşla toqquşandan sonra mühərriklərdən biri sıradan çıxıb.
Mənbə: Nsn.fm
Rəylər