Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın qardaşı Aleksandr Sarqsyan, həyat yoldaşı və oğulları prokurorluğa çağırış alıblar. Nəzarət qurumu onlara qanunsuz əldə edilmiş əmlakın müsadirəsi prosesinin başlanması barədə məlumat verib.
Oxu.az bu barədə Ermənistan mediasına istinadən məlumat verib.
Bildirilib ki, hüquq-mühafizə orqanları Sarqsyan ailəsinin aktivlərinin mənşəyini diqqətlə araşdırıb və əmlakın əhəmiyyətli hissəsinin qanunsuz yolla əldə edildiyini və dövlətin xeyrinə müsadirə edilməli olduğu qənaətinə gəliblər.
Nəzarət qurumu konkret olaraq nəyin müsadirə ediləcəyini və əmlakın ümumi dəyərinin nə qədər olduğunu açıqlamır.
Aleksandr Sarqsyan, oğulları Ayk və Narek 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşüblər. Paytaxt məhkəməsi 2021-ci ilin iyununda Narek Sarqsyanı qanunsuz silah saxlama, narkotik vasitələrin qanunsuz dövriyyəsi və adam oğurluğunu təşkil etməkdə təqsirli bilib. O, beş il yarım həbs cəzasına məhkum edilib.
Rəylər