Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələri öz aralarında hesablaşmalar aparmaq üçün milli valyutalardan istifadə etməyə imkan verəcək sistem hazırlayır.
Bu açıqlama ilə ŞƏT-in baş katibinin müavini Caneş Keyn çıxış edib.
"Bu bizim təşkilat üçün çox aktual məsələdir ki, ŞƏT ölkələri öz milli valyutalarını ticarət və investisiya məqsədləri üçün istifadə etməyə çalışırlar", - deyə o qeyd edib.
C.Keynin sözlərinə görə, indiki mərhələdə sözügedən prosesin həyata keçirilməsi üçün bəzi hüquqi problemlərin aradan qaldırılması istiqamətində fəaliyyət aparılır.
Mənbə: İzvestiya
Rəylər