Ölkənin baş naziri postunu tutacaq Britaniya Xəzinədarlığının keçmiş rəhbəri Rişi Sunak ölkə kralından daha zəngindir.
Belə ki, yeni baş nazirin həyat yoldaşı Akşat Murti Hindistan texnoloji nəhəngi “Infosys”in qurucusu və keçmiş rəhbəri Narayana Murtinin varisidir. İş adamı 4,5 milyard dollar sərvəti ilə “Forbes”in dünya reytinqində 553-cü yerdədir. Akşat atasının İT imperiyasında 430 milyon funt sterlinq (487 milyon dollar) dəyərində böyük paya sahibdir.
Sunak ailəsinin ümumi sərvəti isə təxminən 730 milyon funt-sterlinqdir (827 milyon dollar).
Cütlüyün İngiltərədə ən azı üç evi, həmçinin Santa Monikada (Kaliforniya, ABŞ) təxminən 6 milyon dollar dəyərində daşınmaz əmlakı var.
Rişi və Akşat adətən iş günlərini Londonun qərbindəki beş otaqlı evlərində keçirir, həftəsonu isə Şimali Yorkşirə səyahət edirlər və orada qapalı hovuzu, idman zalı, yoqa studiyası, isti vanna və tennis kortu olan 400 min funt-sterlinq dəyərində malikanədə yaşayırlar.
Müqayisə üçün Böyük Britaniya kralı III Çarlzın sərvəti təxminən 370 milyon funt sterlinq (419 milyon dollar) təşkil edir.
Beləliklə də, Sunak Böyük Britaniya kralından daha zəngin ilk baş nazir olacaq.
Mənbə: lenta.ru
Rəylər